Keçmiş baş nazir həbs edildi

kecmis-bas-nazir-hebs-edildi
Oxunma sayı: 638

Adrian Nastase Rumıniya tarixində birinci siyasi liderdir ki, 1989-cu il kommunizm quruluşu dağıldıqdan sonra korrupsiya cinayətində ittiham olunaraq Rumıniya Ali Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum olunub.


A.Nastase 2000-2004-cü illərdə Rumıniyanın Baş Naziri vəzifəsində işləyib. Keçmiş Baş Nazir ona qarşı açılmış işin siyasi motivli olduğunu bildirib.

Ona qarşı sürülən ittihamda bildirilir ki, şirkətlər və dövlət agentlikləri 2004-cu ildə keçirilmiş konfransda iştirak etmək üçün haqq ödəməyə məcbur ediliblər. A.Nastasenin 2004-cü ildə uğursuz prezident seçkilərində kampaniyası bu vəsaitdən istifadə olunub.