Sabiq başçı "Qafqazinfo" ilə əlaqə saxlayaraq sözügedən informasiyanın doğru olmadığını bildirib: "Bu məlumat cəfəngiyyatdır. Mən polis rəisi ilə dalaşmamışam. Böhtan xarakterli informasiyalar yaymayın".
Qeyd edək ki, martın 26-da Qafqazinfo saytında avropa.info-ya istinadən "Toyda icra başçısı ilə polis rəisi arasında- əlbəyaxa dava" başlıqlı yazı dərc olunmuşdu. Yazıda Laçının sabiq icra başçısının hazırda rayon polis şöbəsinin rəisi Məhəmməd Kərimovla əlbəyaxa dava etdiyi qeyd olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər