Keçmiş birinci xanım aparıcılığa başladı

kecmis-birinci-xanim-apariciliga-basladi
Oxunma sayı: 2113

Gürcüstanın keçmiş birinci xanımı Maka Çiçua “Mesame” kanalında aparıcılığa başlayıb.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, dördüncü prezident Georgi Marqvelaşvilinin xanımı hələ ötən ilin dekabrında ailəsində maliyyə problemlərinin olduğunu bildirmişdi.

Çiçua qeyd edib ki, həyat yoldaşının prezidentliyi dövründə aldığı maaş ailəsinin ehtiyaclarını ödəməyib və hazırda onların heç bir vəsaiti yoxdur.

Qeyd edək ki, Maka Çiçua keçmiş prezidentin ikinci həyat yoldaşıdır. Bu nikahdan onların Teymuraz və Toma adlı iki oğlu var.