Keçmiş dünya gözəli faciəvi şəkildə öldü

kecmis-dunya-gozeli-facievi-sekilde-oldu
Oxunma sayı: 3353

1960-cı ildə dünya gözəli seçilən Norma Kappali faciəvi şəkildə dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 81 yaşlı model yaşadığı Buenos-Ayres (Argentina) şəhərində gəzərkən avtobus tərəfindən vurulub.

Nəqliyyat vasitəsinin altında qalan Kappali reanimasiyaya yerləşdirilib və altı gün komada qaldıqdan sonra həyatını itirib.

28 yaşlı sürücü polis tərəfindən saxlanılsa da, 48 saat sonra sərbəst buraxılıb.