Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə S.İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonunda baş verib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirləndirilib. O, əvvəllər narkotik vasitələrin qanunsuz daşınmasına görə məhkumluq həyatı yaşayıb.
Son xəbərlər
Son Xəbərlər