Keçmiş ərinin heyvanlarını oğurladı

kecmis-erinin-heyvanlarini-ogurladi
Oxunma sayı: 2259

Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan, 5 baş iri buynuzlu mal-qarasını oğurladığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyyən edilərək sahibinə qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.