Keçmiş FED rəhbəri dünyasını dəyişdi

kecmis-fed-rehberi-dunyasini-deyisdi
Oxunma sayı: 872

ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş rəhbəri Pol Volker 92 yaşında dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 

Volker Amerika Mərkəzi Bankına 1979-1987-ci illərdə rəhbərlik edib. Onun ən böyük uğuru 1970-ci illərin sonu 80-ci illərin əvvəllərində ABŞ-da böyük inflyasiya dövrünü başa çatdırmasıdır. Xidməti dövründə o, inflyasiyanın 3 dəfə azaldılmasına nail olub. 

Bundan başqa, Volker 2009-2011-ci illərdə dünya iqtisadi böhranından sonra Barak Obamanın prezidentliyi dövründə iqtisadi bərpa üzrə Xüsusi Məşvərət Şurasına rəhbərlik edib.