Keçmiş futbolçu sevgilisi ilə dalaşdı - İntihar etdi

kecmis-futbolcu-sevgilisi-ile-dalasdi
Oxunma sayı: 1749

Çexiyalı sabiq futbolçu Pavel Perql özünü öldürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Almaniyanın Maqdeburq şəhərində baş verib.

41 yaşlı keçmiş futbolçunun sevgilisi ilə mübahisə etdikdən sonra intihar etdiyi bildirilir. Bir ay öncə ata olan Perqlın sevgilisi ilə problemləri olub.

Qeyd edək ki, “Sparta Praqa” forması da geyinmiş P.Perql 2015-ci ildə karyerasını bitirmişdi.