Keçmiş hərbçi boşandı, 6 nəfəri öldürdü

kecmis-herbci-bosandi-6-neferi-oldurdu
Oxunma sayı: 1172

Pakistanda keçmiş hərbçi insanların sıx olduğu kafeyə silahlı hücum edib.

“Qafqazinfo” xarici  KİV-ə istinadən xəbər verir ki, eks-hərbçi, 50 yaşlı Məhəmməd Səid Pəncab əyalətinin Çavkal bölgəsində kafelərin birini və onun ətrafını avtomat atəşinə tutub. Bu zaman azı 6 nəfər ölüb, 6 nəfər də yaralanıb.

Bildirilir ki, daha sonra Səid özünü də öldürüb. Onun boşandıqdan sonra depressiyaya düşdüyü və ona görə bu addımı atdığı deyilir.

Aysel Kərimova