Keçmiş həyat yoldaşını boğaraq öldürən kişi tutuldu - Yenilənib

kecmis-heyat-yoldasini-bogaraq-olduren-kisi-tutuldu
Oxunma sayı: 5116

Bərdədə qadın keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib.

"Qafqazinfo"nun məlumatına görə, rayon sakini İbrahimova Nərgiz Razim qızı keçmiş həyat yoldaşı Mustafayev Aqil Elman oğlu tərəfindən boğularaq öldürülüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Bərdə rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, iyulun 25-i saat 05 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanı əri, 1983-cü il təvəllüdlü Aqil Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Tural Hüseynli