Keçmiş icra başçısının oğlu rəis oldu

kecmis-icra-bascisinin-oglu-reis-oldu
Oxunma sayı: 4204

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Faiq Hüseynov Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Pasport və Qeydiyyat Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, F.Hüseynov əvvəllər Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. O, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Hüseyn Hüseynovun oğludur.