Keçmiş kardinala cinsi istismar ittihamı

kecmis-kardinala-cinsi-istismar-ittihami
Oxunma sayı: 1373

ABŞ Katolik Kilsəsinin keçmiş kardinalı Teodor Makkarrik haqqında Massaçusets ştatında cinsi istismar ittihamı ilə istintaq başladılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Makkarrik 1974-cü ildə 14 yaşlı bir uşağa üç dəfə cinsi təcavüz etməkdə ittiham olunur.

Hazırda Missuridə yaşayan 91 yaşlı keçmiş kardinalın avqustun 26-da məhkəmə qarşısına çıxması tələb edilir.

Bildirilib ki, o, ABŞ-da cinsi istismarda ittiham olunan ilk kardinaldır.