Keçmiş məhbusdan 13 kq marixuana tutuldu

Keçmiş məhbusdan 13 kq marixuana tutuldu
Oxunma sayı: 287

Ötən gün Mərdəkan qəsəbəsi H. Z. Tağıyev küçəsində Bakı şəhər sakini Elşən Bayramov idarə etdiyi “Mersedes” markalı avtomobili divara vurub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Oktyabrın 8-nə keçən gecə A. Zeynallı küçəsində yaşayan Xəqani Mirzəyevə məxsus “Mitsubishi” markalı avtomobil qaçırılıb. Binəqədi RPİ 6-cı PB və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini İdrak Əliyev dünən Ə. Rəcəbli küçəsində avtomobillə birlikdə saxlanılıb.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ramis Əliyevdən 100 qramdan artıq, Sabunçu RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Aytəkin Əsədovadan 800 qrama yaxın, Nəsimi RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar İsayevdən 13 kiloqramdan marixuana aşkar edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi