Keçmiş məhkum 1 ton arpa oğurladı

Keçmiş məhkum 1 ton arpa oğurladı
Oxunma sayı: 604

Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, müəyyən edilib ki, Şuraabad qəsəbəsində yaşayan T.Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobil noyabrın 21-də Şorabad kəndi ərazisində tapılıb, oğurluğu törətməkdə şübhəli bilinən Xızı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi