Bakı Metropolitenində oğurluq hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə metronun “28 May” stansiyasında qeydə alınıb.
Martın 3-də stansiyanın platformasında Masallı rayon sakini A.Əhmədovanın çantasından içərisində 80 manat və sənədləri olan pulqabı oğurlanıb.
Əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Niyazov saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər