Keçmiş məhkum 5 minlik oğurluq etdi

kecmis-mehkum-5-minlik-ogurluq-etdi
Oxunma sayı: 938

Bakıda evdən 5 min manata yaxın oğurluq edən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mayın 10-da günorta saatlarında Binəqədi rayonu, Sulutəpə qəsəbə sakini R.Məmmədovun evindən açıq qapıdan keçməklə 4650 manat dəyərində 5 qapı, kombi, istilik sistemi və digər məişət əşyaları oğurlanıb. 

Oğurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini,1985-ci il təvəllüdlü A.Babayev tutulub. O, əvvəllər də oğurluğa görə məhkum olunub.