Keçmiş məhkum 8 baş inəyə görə tutuldu

kecmis-mehkum-8-bas-ineye-gore-tutuldu
Oxunma sayı: 846

Xəzər rayonunda keçmiş məhkum saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini A.Həsənov N.Quliyevə, A.Piriyevə və X.Əsədova məxsus 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinir. 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Türkan qəsəbəsində qəsəbə sakini E.Yusibova məxsus 1 baş inəyi otlaq sahəsindən oğurlaması da müəyyən edilib.