Keçmiş məhkum anası ilə mübahisə edib özünü yandırdı

kecmis-mehkum-anasi-ile-mubahise-edib-ozunu-yandirdi
Oxunma sayı: 1982

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğlunun gecə saatlarında intihara cəhd etməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq, səhər saatlarında xəstəxanada ölüb.

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb. Araşdırma aparılır.