Keçmiş məhkum atasını döyərək öldürdü

kecmis-mehkum-atasini-doyerek-oldurdu
Oxunma sayı: 1471

Martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəmnində atası Feyzullanı döyərək qətlə yetirib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.