Keçmiş məhkum avtobusu yandırıb təslim oldu

kecmis-mehkum-avtobusu-yandirib-teslim-oldu
Oxunma sayı: 1740

Oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb.

“Qafqazinfo” xəbər verir ki, nəticədə avtobusun yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.

Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron RPİ-yə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.