Keçmiş məhkum avtomat və heroinlə tutuldu

kecmis-mehkum-avtomat-ve-heroinle-tutuldu
Oxunma sayı: 1082

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mikayıllı kənd sakini, əvvəllər məhkum olmuş Ruslan Məmmədov saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin, həmçinin “Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 ədəd patron aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
 
Faktla bağlı cinayət işi başlanılıb.