Keçmiş məhkum avtovağzalda oğurluq etdi

kecmis-mehkum-avtovagzalda-ogurluq-etdi
Oxunma sayı: 921

Beynəlxalq Avtovağzal kompleksində oğurluq olub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 15-də qeydə alınıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində kompleks ərazisində yerləşən mağazaların birində D.Həyatovun içərisində 1500 manat və sənədlər olan pulqabısının oğurlandığı məlum olub. 

Oğurluqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş N.Fərzəliyev saxlanılıb.