Keçmiş məhkum bıçaqla hədələyib pul aldı

kecmis-mehkum-bicaqla-hedeleyib-pul-aldi
Oxunma sayı: 1517

Binəqədi rayonunda quldurluq edən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini C.Əliyev yanvarın 13-də saat 15 radələrində S.Məmmədova küçəsində 1 nəfərin onu bıçaqla hədələyərək pulunu aldığını bildirib.

Quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Vahim İsmayılov saxlanılıb.

Araşdırma aparılır.