Keçmiş məhkum daha bir cinayət törətdi

kecmis-mehkum-daha-bir-cinayet-toretdi
Oxunma sayı: 1398

Şəmkirdə evdən külli miqdarda pul və zinət əşyaları oğurlanıb. 

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərin birindən 4700 ABŞ dolları və 200 manat, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən İpəkyolu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Süleymanov saxlanılıb.