Keçmiş məhkum “Makarov”la tutuldu - Video

kecmis-mehkum-makarovla-tutuldu
Oxunma sayı: 1723

Bakıda keçmiş məhkum “Makarov” markalı odlu silahla saxlanılıb.

DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Fuad Abdulov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

Toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.