Keçmiş məhkum oğurladığı samovarla birgə tutuldu

kecmis-mehkum-ogurladigi-samovarla-birge-tutuldu
Oxunma sayı: 1780

Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə polisə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.