Keçmiş məhkum qəbiristanlıqda bıçaqlandı

kecmis-mehkum-qebiristanliqda-bicaqlandi
Oxunma sayı: 1497

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 8-i saat 21 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. 

Ramana qəsəbə sakini, 1983-cü il təvəllüdlü İlham Nağıyev naməlum şəxs tərəfindən bıçaqlanıb. İ.Nağıyev xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlanılıb, cinayəti törədən şəxsin aşkar edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərərçəkən İ.Nağıyev əvvəllər məhkumluq həyatı yaşayıb.