Keçmiş məhkum qonşusunu bıçaqladı

kecmis-mehkum-qonsusunu-bicaqladi
Oxunma sayı: 1338

İyunun 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Muradov xuliqanlıq zəminində qonşusu K.Məşədiyevin əl nahiyəsinə bıçaqla xəsarət yetirib. 

“Qafqazinfo” xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində V.Muradov saxlanılıb. 

Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə  kolu, evindən isə 117,64 qram marixuana və 19,849 qram çətənə toxumu aşkar edilib götürülüb.