“Qafqazinfo” Daxili İşlər Nazirliyininsaytına istinadən xəbər verir ki, yanvarın 17-də Elnarə Müstafayevanın və Elvin Hüseynovun 200 manatı və planşeti quldurluq yolu ilə əllərindən alınıb.
Nəsimi rayon Polis İdarəsi 21-ci Polis bölməsi və Göyçay rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Yəhyazadə Göyçay şəhərində tutulub.
Son xəbərlər
Son Xəbərlər