Keçmiş məhkum yoldaşını bağ evində öldürdü

kecmis-mehkum-yoldasini-bag-evinde-oldurdu
Oxunma sayı: 1932

Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində qətl hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 28-də saat 23 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini, əvvəllər qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma və soyğunçuluğa görə məhkum olunmuş R.İlyasov münaqişə zəmnində tanışı, paytaxt sakini, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sergey Musayevə kəsici alətlə xəsarət yetirib.

R.İlyasov bu əməli törətdikdən sonra hadisə yerini tərk edib. S.Musayev aldığı xəsarətlərdən ölüb.

Xəzər Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.