Keçmiş məhkumda narkotik aşkar edilib

kecmis-mehkumda-narkotik-askar-edilib
Oxunma sayı: 1166

Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsində Regional Şöbəsinin (QBRŞ) əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş Abbas Məmmədov saxlanılaraq şöbəyə gətirilib.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Onun üzərinə baxış keçirilən zaman təmiz çəkisi 6.758 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və zirzəmidən 2 ədəd sintetik torabada, təmiz çəkisi 9 kq 200 qram  narkotik vasitə olan “marixuana” aşkar edilib.

A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.