Keçmiş məhkumdan saxta əsginazlar götürüldü

kecmis-mehkumdan-saxta-esginazlar-goturuldu
Oxunma sayı: 702

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əsgərov saxlanılıb. 

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əsginazlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.