“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ans press-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə bölməsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1956-cı il təvəllüdlü Mehmam Alış oğlu Alışovdan 305,170 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər