Keçmiş məhkumlar yenə tutuldu - Bakıda

kecmis-mehkumlar-yene-tutuldu
Oxunma sayı: 807

Bakıda mənzillərdən qızıl oğurlayan şəxslər saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də və 30-da rayon ərazisindəki 2 evdən qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Alik Səfərov və Elnur Fərzəliyev tutulub.