Keçmiş merə ömürlük həbs verildi -

kecmis-mere-omurluk-hebs-verildi-
Oxunma sayı: 961


“Qafqazinfo” AzadlıqRadiosuna istinadən xəbər verir ki, Şimali Qafqaz Regional Hərbi Məhkəməsi Said Amirovu 2011-ci ildə istintaq komitəsinin rəsmisi Arsen Gadzhibekovun qətlinin təşkilində təqsirli bilib.

Amirov Dağıstanın Kaspiysk rayonunda terror hücumları törətməkdə də təqsirli bilinib.

Onun 7 tərəfdaşı isə 10-22 il arası həbsə məhkum olunublar.

Amirov 2014-cü ilin iyulunda terror aktları planlaşdırmaq və qanunsuz silah gəzdirmək ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.

O, 1998-ci ildə Dağıstanın ilk seçilmiş meri olub. Amirov bir neçə hücumdan sağ çıxıb.

“Qafqazinfo”