Keçmiş Müdafiə naziri həbs olundu

kecmis-mudafie-naziri-hebs-olundu
Oxunma sayı: 2343

Tbilisi şəhər məhkəməsi keçmiş Müdafiə naziri İrakli Okruaşvili haqda həbs qətiimkan tədbiri seçib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, eks-nazir 20-21 iyun tarixlərində paytaxtda etiraz aksiyaları zamanı zorakılığın təşkili, ona rəhbərlik etmək və dövlət çevrilişinə cəhddə ittiham olunur.

Günahı sübuta yetirilərsə, Okruaşvilini 4 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.