Keçmiş nazir evində ölü tapıldı

kecmis-nazir-evinde-olu-tapildi
Oxunma sayı: 633

İspaniyada keçmiş qadın nazir evində ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu hadisə ölkəni şoka salıb. Yaxınları bir gün ərzində Karme Çakhondan heç bir xəbər ala bilməyiblər. Onun evinin qapısını da açan olmadığıdan polisə xəbər verilib. Evə girən polis keçmiş nazirin cəsədi ilə qarşılaşıb.

46 yaşında vəfat edən Karme Çakhon 2008-ci ildən 2011-ci ilə qədər İspaniyada Müdafiə naziri olub.