“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümid Partiyasının sədr müavini Ramin Hacılı facebookda yazıb. O qeyd edib ki, Firudun Cəlilov dövlətimizin müstəqillik qazanmasında müstəsna xidmətləri olan, Azərbaycan təhsil sisteminə fayda vermiş, türk tarixinin öyrənilməsində xidmətləri olmuş bir ziyalıdır: “Dövlətçiliyimizin qurulmasına öz töhfəsini vermiş, millətimizin özünüdərk prosesində əməyi keçmiş dəyərli ziyalımızın müalicəsinin dövlət tərəfindən həyata keçirilməsi vacibdir. Bu səbəbdən də prezident İlham Əliyevə müraciət edərək dövlətimizin Firudin Cəlilovun müalicəsini üzərinə götürməsini xahiş etməyi təklif edirəm”.
Son xəbərlər
Son Xəbərlər