Keçmiş nazirlə bağlı ölkə rəhbərliyinə müraciət edildi

kecmis-nazirle-bagli-olke-rehberliyine-muraciet-edildi
Oxunma sayı: 2394


Bunu “Qafqazinfo”ya Azərbaycanın keçmiş təhsil naziri, tarixçi alim Firudun Cəlilovun yaxın dostu Qəzənfər Əhmədli deyib. Q. Əhmədli bildirib ki, F. Cəlilov təcili olaraq əməliyyat olunmalıdır: “Bir neçə il əvvəl Türkiyədə ürək damarlarının dəyişdirilməsi (koronar şuntlama) əməliyyatı olub. Hazırda yenidən onun ürək damarları dəyişdirilməlidir. Ürəyində problem olduğuna görə ona narkoz vura bilmirlər. Buna görə prostat vəzindən də əməliyyat ola bilmir. Birinci növbədə ürək damarlarının dəyişdirilməsi əməliyyatı həyata keçirilməlidir”. 

Qəzənfər Əhmədli qeyd edib ki, onun müalicəsinə kömək məqsədilə bir neçə deputat ölkə prezidentinə müraciət edib. Amma hələ cavab yoxdur.