Keçmiş polis əməkdaşının məhkəməsi keçirildi – - Dələduzluq

kecmis-polis-emekdasinin-mehkemesi-kecirildi-
Oxunma sayı: 1076


“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Mirdamət Məmmədovun dostu ifadə verib.

O bildirib ki, Mirdamət ilə zərərçəkən Ülfət Axundovu özü tanış edib: “Mən Ülfətlə Nərimanovda çayxanada oturmuşdum. Həmin vaxt Mirdamət zəng vurdu, mən də dedim gəl bura. Orda oturanda bunları tanış etdim, biraz söhbət etdik. Sonra üçümüz də durduq, mən başqa yerə getdim, Ülfətlə Mirdamət birlikdə metroya getdilər. Onlar orda nə danışıblar bilmirəm, amma mənim yanımda iş ya da pul söhbəti olmadı. Sonradan Ülfət dedi ki, onu işə düzəltmək adı ilə Mirdamətə pul verib. Mirdamət isə dedi ki, Ülfətlə bir yerdə biznes quracağıq, pulu ona görə almışam”. 

Məhkəmənin növbəti iclası avqustun 25-ə təyin edilib.

M.Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, 2014-cü ilin avqust ayında Mirdamət Məmmədov hüquq-mühafizə orqanlarındakı əlaqələri vasitəsilə Ülfət Axundovu işə düzəldəcəyi vədi ilə ondan 8900 manat pulunu alıb. 

Lakin Mirdamət onu işə düzəltməyərək pulunu da qaytarmayıb. 

Murad Əhməd

“Qafqazinfo”