Keçmiş polis rəisi və ailə üzvləri öldürüldü - Rusiyada

kecmis-polis-reisi-ve-aile-uzvleri-olduruldu-
Oxunma sayı: 2856

Rusiyada Sızran rayonunn İvaşovka kəndində keçmiş polis rəisi və ailə üzvlərinin üzərində zorakılıq əlamətləri olan cəsədləri aşkarlanıb.

“Qafqazinfo”nun oxu.az-a istinadən xəbərinə əsasən, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin məlumatında bildirilir.

Məlumata əsasən, Sızran Rayon Polis İdarəsinin keçmiş rəisi polkovnik Andrey Qoşt və ailə üzvləri öldürülüb.

Hadisə yerində xəsarət almış 2009-cu il təvəllüdlü qız da aşkarlanıb və xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində təhqiqat qrupu araşdırma aparır.