Keçmiş prezident haqda həbs qərarı çıxarıldı

kecmis-prezident-haqda-hebs-qerari-cixarildi
Oxunma sayı: 1402

Dövlət əmlakını oğurlamaqda ittiham olunan Argentinanın keçmiş prezidenti Karlos Menem 3 il 9 ay həbsə məhkum edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, 1991-ci ildə bahalı mülkləri kənd təsərrüfatı şirkətlərindən birinə ucuz qiymətə satmaqda ittiham olunur. Menemə dövlət vəzifəsini tutmaq da qadağan edilib.

Qeyd edək ki, Menem 1989-1999-cu illərdə ölkəni idarə edib.