Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe Veles Venesuela lideri Nikolas Maduroya qarşı sui-qəsd planı hazırlayıbmış. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə N. Maduro danışıb.
Ötən ilin 4 avqust tarixində Karakasda keçirilən parad zamanı sui-qəsdin qarşısı alınıb. Partlayıcı maddə daşıyan pilotsuz təyyarələr tərəfindən nişan alınan Maduro xəsarət almayıb.
Maduronun sözlərinə görə, bu plana Kolumbiyanın ABŞ-dakı səfiri Fransisko Santonun iştirakı ilə Veles rəhbərlik edib.
“Mən Velesin rəhbərlik etdiyi plan haqda öyrəndim... Gəlib məni öldürməyə cəhd göstərən 32 muzdlunu Venesuelaya göndərmək”, - Maduro deyib.
Son xəbərlər
Son Xəbərlər