İnquşetiyanın sabiq rəhbəri Yunus-Bek Evkurov Rusiya Müdafiə Naziri Sergey Şoyqunun müavini təyin edilib.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
Fərmana əsasən Evkurova general-leytenant rütbəsi verilib.
Xatırladaq ki, Yunus-Bek Evkurov 12 illik rəhbərliyindən sonra bu il iyunun 26-da istefa verib. Onun səlahiyyət müddəti 2023-də bitməli idi.
Son xəbərlər
Son Xəbərlər