Keçmiş prokuror azadlığa çıxdı

kecmis-prokuror-azadliga-cixdi
Oxunma sayı: 3171

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Samir Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə S.Nəsirova barəsində 2 il sınaq müddəti olmaqda şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, S.Nəsirov keçmiş həmkarı Ülviyyə Abdulovanın 150 min manat pulunu alaraq mənimsəyib.

Murad Əhməd