“Keçmiş rəhbərlik xalqdan oğurladıqlarını əlində saxlamağa çalışıb”

kecmis-rehberlik-xalqdan-ogurladiqlarini-elinde-saxlamaga-calisib
Oxunma sayı: 1747

“Ukraynanın keçmiş rəhbərliyi dövlətin maraqlarına əhəmiyyət verməyib, ancaq oğurlanmış malları qoruyub saxlamağa çalışıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “TASS” agentliyinin “Vladimir Putinə 20 sual” layihəsi çərçivəsində bildirib.

Prezidentin sözlərinə görə, Ukraynaya rəhbərlik edən insanlar yalnız şəxsi məqsədlərini güdüblər: “Bəs bu nə ilə nəticələnib?! Ukrayna xalqını qarət etməklə daha çox pul qazanmaqla yanaşı, oğurlanmış şeyləri də qoruyub saxlayıblar”.

Rusiya dövlət başçısının sözlərinə görə, yüksək vəzifəli məmurlar oğurlanmış pulları xarici banklarda saxlayırlar.