Keçmiş rəisin arvadının işi üzrə məhkəmə başladı

kecmis-reisin-arvadinin-isi-uzre-mehkeme-basladi
Oxunma sayı: 6128

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası təxirə salınıb.

Dövlət ittihamçısı ittihamaktı ilə tanış olmadığını bildirib və buna görə vaxt istəyib.

Hakim R.Salmanov deyib ki, L.Əkbərova barəsində olan həbs-qətimkan tədbirinin vaxtı bu gün bitdiyi üçün məhkəmə prosesi müddətincə artırılıb.

Məhkəmə prosesi iyulun 26-na təyin olunub.

Qeyd edək ki, L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilib. O, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.

L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimdəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

Murad Əhməd