Keçmiş rektor ağır vəziyyətə düşdü- - Qan lazımdır

kecmis-rektor-agir-veziyyete-dusdu-
Oxunma sayı: 3037


“Axar.az” məlumat verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yerləşdirilib.  Sosial şəbəkələrdə yayılmış məlumatda keçmiş rektorun təcili qana ehtiyacı olduğu bildirilib:  “Azərbaycan Universitetinin keçmiş rektoru Aslan Qəhrəmanlı üçün təcili qan lazımdır. Bütün qan qrupundan olan şəxslər qan verə bilər. Sabah saat 11-də Aslan müəllimə artıq qan köçürülməlidir. Buna görə də həmin vaxta qədər ən azı 2-3 nəfər qan verə bilsə, yaxşı olar”.  

Elanda həmçinin məlumatı daha çox insana ötürmək xahiş olunub. Hazırda Aslan Qəhrəmanlının 1 saylı Şəhər Kliniki Xəstəxanasında yatdığı qeyd edilib.