Keçmiş sevgililərindən aldığı hədiyyələri satışa çıxardı

kecmis-sevgililerinden-aldigi-hediyyeleri-satisa-cixardi
Oxunma sayı: 4669

Türkiyəli sosial media fenomeni Şeyma Subaşı əşyalarını satışa çıxarıb.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, o, keçmiş həyat yoldaşı Acun Ilıcalı və eks-sevgilisi Mohammed Alsaloussidən hədiyyə aldığı bahalı çanta, saat və libasları tək-tək satmağa başlayıb.

Şeyma Subaşı instaqram hesabında etdiyi paylaşımda yazılanlara aydınlıq gətirib.

O, geyimlərini küçə heyvanlarına ianə etmək üçün satışa çıxaracağını bildirib: “Mənim bu günə qədər şəxsi əşyalarımdan heç birini mənfəətim üçün satmaq kimi bir fikrim heç olmayıb. Allah da heç bir zaman bu duruma salmasın”.