Keçmiş sevgilisindən Murad Boza mesaj- - "Unuda bilmirəm"

kecmis-sevgilisinden-murad-boza-mesaj-
Oxunma sayı: 1846


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İnstagram” səhifəsində  müğənniyə səslənən stilist yaşadıqları 8 ili unuda bilmədiyini və  geri qayıtmaq istədiyini etiraf edib: “Həyatımda günəş kimi doğuldun, işığım, gələcəyim, getmək istədiyim yol oldun. Bütün hədəflərimin adını sən qoydum. Sən bunlardan hələ də xəbərsizsən,  amma zamanı gəldiyində  səndən aldığım güclə yaratdığım bu dünyanın baş qəhrəmanı olduğunu anlayacaqsan. 

Hər kəsin bir ruh əkizi var. Onunla görüşünüz çətinliklə olar. O insanla qarşılaşdıqdan sonra həmin günə qədər doğru olduğunu güman etdiklərinizi sorğu-sual edərsiniz,  səbr etməyi öyrənərsiniz.  1 saniyədə bütün gərçəklərinizi yerlə bir edər və o bütün həyatınızı dəyişdirir. Aranızdakı yaranan o güclü bağlılığa nə siz, nə də başqaları  mane ola bilir. O adamı tapdıqdan sonra  nə olursa, olsun onun üçün mübarizə aparın və onunla həyatı axışına buraxın. Zaman taleyinizi müəyyən edər”.

Könül